Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 27-ci turuna start verilib. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
Dörd qolun qeydə alındığı “Maynts” – “Verder” matçında qalib müəyyənləşməyib.
“Auqsburq” doğma meydanda “Köln”ə, “Herta” “Leypsiq”ə qalib gəlib. Dörd qolluq “Bayer” – “Ayntraxt” matçı Leverkuzen təmsilçisinin qələbəsiylə başa çatıb. Dortmund “Borussiya”sı da “Union Berlin”i məğlub yola salıb.
Turun mərkəzi oyununda “Frayburq” lider “Bayern”i qəbul edib. Münhen təmsilçisi bu matçda 3 xalı tək qolla qazanıb.
Almaniya Bundesliqası
27-ci tur
8 aprel
Auqsburq – Köln 1:3
Qol: Varqas, 29 – Sxiri, 7. Martel, 16. Maina, 59.
Bayer – Ayntraxt 3:1
Qol: Adli, 10. Diabi, 34. Azmun, 90+5 – Sou, 74.
Borussiya (Dortmund) – Union Berlin 2:1
Qol: Malen, 28. Mukoko, 79 – Behrens, 61.
Frayburq – Bayern 0:1
Qol: De Liqt, 51.
Maynts – Verder 2:2
Qol: Ayorke, 85. Veyper, 90+3 – Stage, 87. Fullkruq, 90+5.
Herta – Leypsiq 0:1
Qol: Haydara, 40.
9 aprel
17:30. Borussiya (Mönhenqladbax) – Volfsburq
19:30. Bohum – Ştutqart
21:30. Hoffenhaym – Şalke


