Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Volfsburq” – “Auqsburq” matçında, həmçinin “Frayburq” – “Herta” görüşündə qalib müəyyənləşməyib. “Leypsiq” evdə “Maynts”a, “Şalke” isə “Bayer”ə 3 cavabsız qolla uduzub. “Union Berlin” isə “Ştutqart”la ev oyununda oxşar hesabla qələbə qazanıb.
Turun mərkəzi matçında “Bayern” doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Dortmundluların sabiq baş məşqçisi Tomas Tuxelin Münhen təmsilçisindəki debüt matçı komandası üçün uğurlu alınıb. Onun yeni komandası altı qolluq bu görüşdən inamlı qələbə ilə ayrılıb.
26-cı tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Almaniya Bundesliqası
26-cı tur
31 mart
Ayntraxt – Bohum 1:1
Qol: Kolo Muani, 22-pen – Asano, 14.
1 aprel
Frayburq – Herta 1:1
Qol: Qrifo, 52 – Nqankam, 77.
Leypsiq – Maynts 0:3
Qol: İnqvartsen, 9.
Şalke – Bayer 0:3
Qol: Frimponq, 50. Virts, 61. S.Azmun, 90+2.
Union Berlin – Ştutqart 3:0
Qol: Bekker, 51. Behrens, 65. Haraquçi, 68-öz qapısına.
Volfsburq – Auqsburq 2:2
Qol: Valdşmit, 84. Nmeça, 90+6 – Arnold, 2-öz qapısına. Berişa, 32.
Bayern – Borussiya (Dortmund) 4:2
Qol: Kobel, 13-öz qapısına. Müller, 18; 23. Koman, 50 – E.Can, 72-pen. Malen, 90.
2 aprel
17:30. Köln – Borussiya (Mönhenqladbax)
19:30. Verder – Hoffenhaym


