Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Ayntraxt” – “Frayburq” matçında qalib müəyyənləşməyib. Mönhenqladbax “Borussiya”sı “Maynts”la 7 qolluq ev oyunundan məğlubiyyətlə ayrılıb. “Ştutqart”ın qonağı olmuş Dortmund “Borussiya”sı isə səfərdə qalib gəlib. “Hamburq” “Köln”ü, “Verder” də “Auqsburq”u məğlub yola salıb.
4-cü turun qalan görüşləri sentyabrın 20-də keçiriləcək.
Almaniya, Bundesliqa
4-cü tur
18 sentyabr
Bayern – Union Berlin 7:0
19 sentyabr
Borussiya (Mönhenqladbax) – Maynts 3:4
Ayntraxt – Frayburq 2:2
Hamburq – Köln 2:1
Verder – Auqsburq 3:2
Ştutqart – Borussiya (Dortmund) 0:1
20 sentyabr
17:30. Bayer – Leypsiq
19:30. Şalke – Elversberq
21:30. Paderborn – Hoffenhaym


