Bundesliqa: “Borussiya” və “Hoffenhaym”dan inamlı qələbə

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 27-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Bohum” – “Ştutqart” matçında qonaqlar qalib gəliblər. Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Volfsburq”a, “Hoffenhaym” isə “Şalke”yə 2 cavabsız qolla qalib gəlib.

Beləliklə, 27 turdan sonra 58 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 56 xalla ikinci, “Union Berlin” 51 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”in 48, “Frayburq”un 47, “Bayer”in 43, “Ayntraxt”la “Maynts”ı 41, “Volfsburq”un 39, Mönhenqladbax “Borussiya”sının 35 xalı var.

Son 8 pillədə qərarlaşan komandaların xal ehtiyatı isə belədir: “Verder” – 32, “Köln” – 31, “Auqsburq” – 29, “Hoffenhaym” – 28, “Bohum” – 26, “Ştutqart” – 23, “Herta” – 22, “Şalke” – 21.

Almaniya Bundesliqası
27-ci tur
8 aprel

Auqsburq – Köln 1:3
Qol: Varqas, 29 – Sxiri, 7. Martel, 16. Maina, 59.

Bayer – Ayntraxt 3:1
Qol: Adli, 10. Diabi, 34. Azmun, 90+5 – Sou, 74.

Borussiya (Dortmund) – Union Berlin 2:1
Qol: Malen, 28. Mukoko, 79 – Behrens, 61.

Frayburq – Bayern 0:1
Qol: De Liqt, 51.

Maynts – Verder 2:2
Qol: Ayorke, 85. Veyper, 90+3 – Stage, 87. Fullkruq, 90+5.

Herta – Leypsiq 0:1
Qol: Haydara, 40.

9 aprel

Borussiya (Mönhenqladbax) – Volfsburq 2:0
Qol: Nqumu, 34. Turam, 63.

Bohum – Ştutqart 2:3
Qol: Stoger, 58-pen. Hofmann, 85 – İto, 14. Jirassi, 60. Vaqnoman, 63.

Hoffenhaym – Şalke 2:0
Qol: Kral, 22-öz qapısına. Bebu, 70-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: