Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 33-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Frayburq” doğma meydanda “Volfsburq”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
33-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
33-cü tur
19 may
Frayburq – Volfsburq 2:0
Qol: Günter, 71. Petersen, 75.
20 may
17:30. Herta – Bohum
17:30. Hoffenhaym – Union Berlin
17:30. Şalke – Ayntraxt
17:30. Verder – Köln
20:30. Bayern – Leypsiq
21 may
17:30. Maynts – Ştutqart
17:30. Auqsburq – Borussiya (Dortmund)
17:30. Bayer – Borussiya (Mönhenqladbax)