Bundesliqa: “Şalke” və “Köln”dən səfər qələbəsi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 31-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Bayer” doğma meydanda “Köln”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. Beş qolluq “Maynts” – “Şalke” görüşündə də qonaqlar çətin qələbəyə seviniblər.

31-ci turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
31-ci tur
5 may

Bayer – Köln 1:2
Qol: Adli, 28 – Selke, 14; 36.

Maynts – Şalke 2:3
Qol: Barreyro, 53. Martin, 70 – Bulter, 26; 90+10-pen. Krauss, 60.

6 may

17:30. Auqsburq – Union Berlin
17:30. Borussiya (Mönhenqladbax) – Bohum
17:30. Frayburq – Leypsiq
17:30. Herta – Ştutqart
17:30. Hoffenhaym – Ayntraxt
20:30. Verder – Bayern

7 may

19:30. Borussiya (Dortmund) – Volfsburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: