Bundesliqa: “Union Berlin” uduzdu, “Bayern” səfərdə qalib gəldi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 31-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.

“Auqsburq” “Union Berlin”i, Mönhenqladbax “Borussiya”sı “Bohum”u, “Herta” “Ştutqart”ı, “Hoffenhaym” “Ayntraxt”ı məğlub yola salıb. “Frayburq” isə doğma meydanda “Leypsiq”ə minimal hesabla uduzub.

Lider “Bayern” səfərdə “Verder”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matçda Münhen təmsilçisi qələbə qazanıb.

31-ci tura sabah keçiriləcək “Borussiya” (Dortmund) – “Volfsburq” matçı ilə yekun vurulacaq.

Almaniya, Bundesliqa
31-ci tur
5 may

Bayer – Köln 1:2
Qol: Adli, 28 – Selke, 14; 36.

Maynts – Şalke 2:3
Qol: Barreyro, 53. Martin, 70 – Bulter, 26; 90+10-pen. Krauss, 60.

6 may

Auqsburq – Union Berlin 1:0
Qol: Belyo, 53.

Borussiya (Mönhenqladbax) – Bohum 2:0
Qol: Hofmann, 35.

Frayburq – Leypsiq 0:1
Qol: Kampl, 73.

Herta – Ştutqart 2:1
Qol: Kempf, 29. Nyederlexner, 45+2 -Jirassi, 38.

Hoffenhaym – Ayntraxt 3:1
Qol: Baumqartner, 8. Kramariç, 41. Bebu, 45+3 – M.Götse, 54.

Verder – Bayern 1:2
Qol: Şmidt, 87 – Qnabri, 62. Sane, 72.

7 may

19:30. Borussiya (Dortmund) – Volfsburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: