Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 26-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Köln” – “Borussiya” (Mönhenqladbax) matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Verder” – “Hoffenhaym” matçında isə qonaqlar qalib gəliblər.
Beləliklə, 26 turdan sonra 55 xala malik “Bayern” Almaniya Bundesliqasında vahid liderdir. Hesabat turunda məhz Münhen təmsilçisinə uduzaraq liderliyi bu komandaya təhfil verən və 53 xalı olan Dortmund “Borussiya”sı ikinci pillədə qərarlaşıb. “Union Berlin” 51 xalla ilk üçlüyü qapayır.
“Frayburq” 47, “Leypsiq” 45, “Ayntraxt” 41, “Bayer”lə “Maynts” 40, “Volfsburq” 39, “Borussiya” (Mönhenqladbax) 32, “Verder” 31, “Auqsburq” 29, “Köln” 28, “Bohum” 26, “Hoffenhaym” 25 xal toplayıb. Son üç pillədə qərarlaşmış komandalardan “Herta”nın 22, “Şalke”nin 21, “Ştutqart”ın isə 20 xalı var.
Almaniya Bundesliqası
26-cı tur
31 mart
Ayntraxt – Bohum 1:1
Qol: Kolo Muani, 22-pen – Asano, 14.
1 aprel
Frayburq – Herta 1:1
Qol: Qrifo, 52 – Nqankam, 77.
Leypsiq – Maynts 0:3
Qol: İnqvartsen, 9.
Şalke – Bayer 0:3
Qol: Frimponq, 50. Virts, 61. S.Azmun, 90+2.
Union Berlin – Ştutqart 3:0
Qol: Bekker, 51. Behrens, 65. Haraquçi, 68-öz qapısına.
Volfsburq – Auqsburq 2:2
Qol: Valdşmit, 84. Nmeça, 90+6 – Arnold, 2-öz qapısına. Berişa, 32.
Bayern – Borussiya (Dortmund) 4:2
Qol: Kobel, 13-öz qapısına. Müller, 18; 23. Koman, 50 – E.Can, 72-pen. Malen, 90.
2 aprel
Köln – Borussiya (Mönhenqladbax) 0:0
Verder – Hoffenhaym 1:2
Qol: Piper, 76 – Kramariç, 50. Baumqartner, 52.


