“Çelsi” Konfrans Liqasının “qol buludu”dur

Məlum olduğu kimi, “Çelsi” Konfrans Liqasının final oyununda “Betis” üzərində 4:1 hesablı əzmkar qələbə qazaraq, qənimətə sahib olub.

Arena.az məlumat verir ki, İngiltərə klubu 2024/2025-ci illər mövsümünün Konfrans Liqasında vurulmuş qollar üzrə rekord müəyyənləşdirib.

“Zadəganlar” rəqibləri üzərinə yarış boyu 42 qoldan ibarət “yağış” yağdırıblar. Bununla da London təmsilçisi “Fiorentina”nın 2022/2023-cü illər mövsümündə müəyyənləşdirdiyi 37 qoldan ibarət rekordu qırıb.

Növbəti mövsümdə “Çelsi” UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak edəcək. “Zadəganlar” müvafiq hüququ İngiltərə Premyer Liqasında 4-cü yeri tutmaqla əldə ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: