Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu başlayır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 4-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Çempionlar Liqasının sonuncu qalibi olan İspaniyanın “Real” klubu doğma meydanda “Milan”la qarşılaşacaq.

İtaliyanın digər təmsilçisi “Yuventus” Fransada “Lill”in qonağı olacaq.

“Bayer” (Almaniya) səfərdə İngiltərənin “Liverpul” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun digər görüşləri noyabrın 6-da keçiriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
5 noyabr

21:45. PSV (Niderland) – “Jirona” (İspaniya)
21:45. “Slovan” (Slovakiya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
00:00. “Real” (İspaniya) – “Milan” (İtaliya)
00:00. “Liverpul” (İngiltərə) – “Bayer” (Almaniya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Şturm” (Avstriya)
00:00. “Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)
00:00. “Lill” (Fransa) – “Yuventus” (İtaliya)
00:00. “Seltik” (Şotlandiya) – “Leypsiq” (Almaniya)
00:00. “Bolonya” (İtaliya) – “Monako” (Fransa)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: