Çempionlar Liqasında son həftənin ən yaxşısı adına namizədlər

Futbol üzrə UEFA Çempionlar Liqasında İngiltərənin “Çelsi” və “Mançester Siti” komandaları arasında keçirilən final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Arena.az xəbər verir ki, ən yaxşı adına “Mançester Siti”dən Fil Foden, “Çelsi”dən Nqolo Kante, Ris Ceyms və Kay Haverts namizəd göstərilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qalib də qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

“Çelsi” “Mançester Siti”ni 1:0 hesabıyla məğlub edərək, turnirin qalibi olub. “Zadəganlar” ikinci dəfə ÇL-in əsas mükafatına sahib çıxıblar. Bu komanda 2012-ci ildə də Çempionlar Liqasında hamıdan güclü olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: