Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinə start verilib.
Mərhələnin ilk oyununda Mərakeş və Kanada yığmaları üz-üzə gəliblər. Hyuston şəhərində (Texas, ABŞ) təşkil edilmiş bu matçda Afrika təmsilçisi rəqibini 3:0 hesabıyla məğlub edib. Mərakeş yığmasının heyətində 50 və 82-ci dəqiqələrdə fərqlənmiş Azzedin Unahi dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sofyan Rahimi müəyyənləşdirib.
Bununla da mundialın üç ev sahbindən biri mübarizəni dayandırmalı olub. Digər ev sahiblərindən Meksika və ABŞ yığmaları isə hələ mübarizəni davam etdirirlər.
Cari mundialda ilk 1/4 finalçı olmuş Mərakeş millisi növbəti raundda Paraqvay – Fransa cütünün qalibi ilə qarşılaşacaq.
DÇ-2026
1/8 final
4 iyul
Kanada – Mərakeş 0:3
Qollar: Azzedin Unahi, 50; 82. Sofyan Rahimi, 90+8.


