DÇ-2026: Mərakeş Niderlandı 1/8 finala buraxmadı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Bu mundialda inamlı çıxışı ilə diqqət mərkəzində olan Mərakeş millisi 1/8 finala vəsiqə uğrunda Niderland yığması ilə qarşılaşıb. Monterreydə (Kanada) keçirilniş bu matçda favorit Niderland yığması göstərilirdi. Amma qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qolla kifayətləniblər. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişməyincə, qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Mərakeş millisi növbəti sürprizə imza ataraq Niderlandı mundialdan kənarlaşdırıb.

Mərakeş millisi 1/8 finalda Kanada yığması ilə üz-üzə gələcək.

Xatırladaq ki, daha öncə Kanada, Braziliya və Paraqvay yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.

DÇ-2026
1/16 final
30 iyun

Niderland – Mərakeş 1:1 (penaltilər 2:3)
Qollar: Kodi Qakpo, 72 – İssa Diop, 90+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: