Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 34-cü turu çərçivəsində baş tutan Köln “Viktoriya”sı ilə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Aue təmsilçisi meydanı heç-heçə ilə tərk edib – 1:1.
Dmitri Nazarov matçın 67-ci dəqiqəsində meydana buraxılıb. Komandasının bərabərlik qolunu da təcrübəli yarımmüdafiəçi vurub. O, 82-ci dəqiqədə qazandıqları penaltini dəqiq yerinə yetirməklə matçda son nöqtəni qoyub. Bu, onun cari mövsümdə vurduğu 10-cu qoldur.
Aue təmsilçisi geridə qalan 34 turda 12 qələbə qazanıb, 7 heç-heçə edib və 15 qarşılaşmada məğlub olub. Sözügedən komanda hazırda 43 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.


