Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 30-cu turu çərçivəsində baş tutan “Oldenburq”la qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Aue təmsilçisi meydanı qələbə ilə tərk edib – 1:0.
Dmitri Nazarov matçın start heyətində meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da millimizin üzvü vurub. O, 80-ci dəqiqədə penaltidən dəqiq istifadə edib. Bununla da yarımmüdafiəçi cari mövsümdə vurduğu qolların sayını 9-a çatdırıb. O, 32-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Aue təmsilçisi geridə qalan 30 turda 11 qələbə qazanıb, 6 heç-heçə edib və 13 qarşılaşmada məğlub olub. Sözügedən komanda hazırda 39 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.


