Dmitri Nazarova son ev oyununda ehtiyac duyulmadı

Futbol üzrə Almaniya 3-cü liqasında 37-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “İnqolştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Nazarov bu matçin iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, bu, “Ersgebirge”nin 2022/2023 mövsümündəki sonuncu ev oyunu olub. Komanda mövsümün son matçını gələn həftə səfərdə “Bayroyt”a qarşı keçirəcək.

Bu, “Ersgebirge”nin cari mövsümdə 17-ci məğlubiyyətidir. Aue təmsilçisi geridə qalan 35 turda 12 qələbə qazanıb, 8 heç-heçə edib. Komanda hazırda 44 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Nazarov isə cari mövsümdə meydana çıxdığı 31 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib, 8 sarı vərəqə ilə cəzalanıb.