Erik ten Haq: “Old Trafford” üçün darıxıram”

“Mançester Yunayted”in keçmiş baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haq öz gələcəyi ilə bağlı açıqlama verib.

Arena.az “SEG Stories” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Mən, artıq iyulun 1-də qədər müddətdə, yəni yeni mövsümün əvvəlinə qədər heç bir işə düzəlməmək barədə qərara gəlmişəm… Darıxdığım yeganə xüsus isə “Old Trafford”dur. Bizim, “Mançester Yunayted”də çoxlu uğurlarımız olub, amma həmişə dediyim kimi, təkmilləşmək üçün həmişə imkan var”, deyə Ten Haq vurğulayıb.

Xatırladaq ki, Erik ten Haq 2022-ci ilin iyul ayında “Mançester Yunayted”in sükanı arxasına keçib, 2024-cü ilin oktyabr ayının sonunda isə qovulub. Ten Haq “qırmızı şeytanlar”ı bütövlükdə 128 oyuna çıxarıb, 72 qələbə, 20 heç-heçə, 36 məğlubiyyət yaşayıb. Topların fərqi isə 234:180 nisbətindədir. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”a İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazandırıb.

Erik ten Haqı “Mançester Yunayted”in sükanı arxasında portuqal mütəxəssis Ruben Amorim əvəzləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: