Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri “Real” tarixinin 50 ən yaxşı futbolçusundan ibarət reytinq siyahısını dərc edib.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “qaymaqlılar”ın argentinalı hücumçusu Alfredo Di Stefano yer alıb.
2-ci pillədə hazırda “Əl-Nəsr”də çıxış edən portuqal ulduz hücumçu Kristiano Ronaldo qərarlaşıb.
İlk üçlüyü isə ötənlərin məşhur fransalı futbolçusu Zinəddin Zidan qapayır.
“FourFourTwo” nəşrinə istinadən, “Real” tarixinin ən yaxşı oyunçularından ibarət onluğu təqdim edirik:
- Alfredo Di Stefano (Argentina, Kolumbiya, İspaniya);
- Kristiano Ronaldo (Portuqaliya);
- Zinəddin Zidan (Fransa);
- Raul (İspaniya);
- Ferents Puşkaş (Macarıstan);
- Raymon Kopa (Fransa);
- Uqo Sançes (Meksika);
- Toni Kroos (Almaniya);
- Pirri (İspaniya);
- Emilio Butragenyo (İspaniya).


