Gündüz Abbaszadə “Qarabağ”dan ayrıldı

Azərbaycan çempionu “Qarabağ” mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə yolları qarşılıqlı razılıq əsasında ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun sosial şəbəkə hesabında paylaşım edilib.

Klub Gündüz Abbaszadəyə “Qarabağ”a göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Onun yerinə hələlik yeni təyinat açıqlanmayıb.

Xatırladaq ki, Gündüz Abbaszadə 2021-ci ilin fevralından “Qarabağ”da işləyirdi. O, bu postda klubun sabiq mətbuat katibi Nurlan İbrahimovu əvəz etmişdi. Abbaszadə daha öncə “Neftçi” klubunun da mətbuat katibi kimi çalışıb. O, futbolsevərlərə daha çox ANS və “CBC Sport” kanallarındakı futbol şərhçiliyi ilə tanışdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: