Kaltsona: “Rumıniya ilə oyunda 3 xal uğrunda oynayacağıq”

Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Rumıniya ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz qrupdan vəsiqə qazanmaq üçün ilk imkanımızı əldən veridk, amma hələ də təsnifat uğrunda mübarizə aparmağımız amili, kiçik ölkəmiz üçün böyük məsələdir. Mən bununla fəxr edirəm. Rumıniya yığması ilə oyunda 3 xal qazanmaq üçün hər şeyi edəcəyik. Çətin oyun olacaq, amma biz ələmə mərhələsinə yüksəlmək istəyirik. Amma əlbəttə ki, hansı nəticənin bizə daha çox uyğun gəldiyini düşünüb-daşınmayacağıq”, deyə Kaltsona bildirib.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turunun “E” qrupu çərçivəsində baş tutacaq Slovakiya – Rumıniya oyunu bu gün, iyunun 26-da Frankfurtun “Doyçe Bank Park” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

3-cü tur ərəfəsində “E” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Rumınıya – 3 xal
  2. Belçika – 3 xal
  3. Slovakiya – 3 xal
  4. Ukrayna – 3 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: