Futbol üzrə Kolumbiya millisinin yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Nestor Lorenso çalışdıracaq.
Bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Argentinalı mütəxəssislə dörd illik müqavilə imzalanıb. Onun qarşısına komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə çıxarmaq vəzifəsi qoyulub.
Xatırladaq ki, Nestor Lorenso 2012-2019-cu illərdə Kolumbiya millisinin məşqçilər korpusunda köməkçi-məşqçi kimi yer alıb. 56 yaşlı mütəxəssis son olaraq Perunun “Melqar” klubunda baş məşqçi vəzifəsində çalışıb.


