Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Arena.az xəbər verir ki, mərhələnin əksər cavab qarşılaşmaları məhz sonuncu oyun gününə təsadüf edəcək.
Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” və “Sabah” da növbəti matçlarına məhz bu gün çıxacaqlar. Komandalarımızı müvafiq olaraq “Dunayska Streda” (Slovakiya) və “Makkabi” (Hayfa, İsrail) klubları ilə duel gözləyir. “Zirə” səfərdə, “Sabah” evdə oynayacaq. Komandalarımız ilk oyunda darmadağına seviniblər.
Konfrans Liqasında iyulun 30-da və 31-də keçirilmiş oyunlardan sonra 3-cü raunda vəsiqə qazanmış 11 komanda məlumdur. Bunlardan biri “Sumqayıt”ı mübarizədən kənarlaşdırmış Macarıstan “Fehervar”ıdır. Bu komanda ilə yanaşı, “Drita”, “Flora”, “Pünik”, “Balkani”, “Deçiç”, “Auda”, “Hakken”, “İlves”, “Spartak (Trnava) və “Mornar” da növbəti mərhələyə vəsiqə qazanıblar.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
30 iyul
Drita (Kosovo) – Breydablik (İslandiya) 1:0 (ilk oyun 2:1)
Flora (Estoniya) – Virtus (San Marino) 5:2 (0:0)
Pünik (Ermənistan) – Struqa (Şimali Makedoniya) 3:1 (1:2)
Hamrun Spartans (Malta) – Balkani (Kosovo) 0:2 (0:0)
Deçiç (Monteneqro) – Dinamo (Batumi, Gürcüstan) 0:0 (2:0)
31 iyul
Auda (Latviya) – Kliftonvill (Şimali İrlandiya) 2:0 (2:1)
Hakken (İsveç) – Düdelanj (Lüksemburq) 6:1 (6:2)
Fehervar (Macarıstan) – Sumqayıt (Azərbaycan) 0:0 (2:1)
Austriya (Avstriya) – İlves (Finlandiya) 3:2, penaltilər 4:5 (1:2)
Spartak (Trnava, Slovakiya) – Sarayevo (Bosniya və Herseqovina) 3:0 (0:0)
Mornar (Monteneqro) – Radniçki (Serbiya) 2:1, penaltilər 4:3 (0:1)
1 avqust
18:00. Astana (Qazaxıstan) – Milsami (Moldova) (1:1)
19:00. Ararat (Ermənistan) – Zimbru (Moldova) (3:0)
19:00. Lapi (Kosovo) – Brondbü (Danimarka) (0:6)
19:00. Bravo (Sloveniya) – Zrinski (Bosniya və Herseqovina) (1:0)
19:00. Ordabası (Qazaxıstan) – Differdanj (Lüksemburq) (0:1)
19:00. Urartu (Ermənistan) – Banik (Çexiya) (1:5)
20:00. AEK (Kipr) – Paks (Macarıstan) (0:3)
20:00. Levadiya (Estoniya) – Osiyek (Xorvatiya) (1:5)
20:00. Transinvest (Litva) – Mlada Boleslav (Çexiya) (0:2)
20:00. Pafos (Kipr) – Jalgiris (Litva) (1:2)
20:00. Polesye (Ukrayna) – Olimpiya (Sloveniya) (0:2)
20:00. Sabah (Azərbaycan) – Makkabi (Hayfa, İsrail) (3:0)
20:00. Tobol (Qazaxıstan) – Senkt Qallen (İsveçrə) (1:4)
20:30. İnter (Andorra) – AEK (Yunanıstan) (3:4)
20:30. Payde (Estoniya) – Styarnan (İslandiya) (1:2)
21:00. Brann (Norveç) – Qo Ehed İqls (Niderland) (0:0)
21:00. Karnarfon (Uels) – Legiya (Polşa) (0:6)
21:00. Universitatya (Krayova, Rumıniya) – Maribor (Sloveniya) (0:2)
21:00. Kopenhagen (Danimarka) – Maqpies (Cəbəllütariq) (3:0)
21:00. Proqres (Lüksemburq) – Yurqorden (İsveç) (0:3)
21:00. Slima Uonderers (Malta) – Noah (Ermənistan) (0:6)
21:00. Torpedo (Gürcüstan) – Omoniya (Kipr) (1:3)
21:00. Tromse (Norveç) – KuPS (Finlandiya) (1:0)
21:30. Çerno More (Bolqarıstan) – Hapoel (Ber Şeva, İsrail) (0:0)
21:30. Vaduts (Lixtenşteyn) – Sent Patriks (İrlandiya) (1:3)
22:00. Eqnatiya (Albaniya) – Vikinqur (İslandiya) (1:0)
22:00. Neman (Belarus) – ÇFR (Rumıniya) (0:0)
22:00. Partizani (Albaniya) – İberiya (Gürcüstan) (0:2)
22:00. Vikinqur (Farer adaları) – Gent (Belçika) (1:4)
22:30. Dunayska Streda (Slovakiya) – Zirə (Azərbaycan) (0:4)
22:30. Slask (Polşa) – Riqa (Latviya) (0:1)
22:45. La Fiorita (San Marino) – Başakşəhər (Türkiyə) (1:6)
22:45. Şelburn (İrlandiya) – Sürix (İsveçrə) (0:3)
22:45. Sent Mirren (Şotlandiya) – Valur (İslandiya) (0:0)
23:00. Buduçnost (Monteneqro) – ÇSKA 1948 (Bolqarıstan) (0:1)
23:00. HB Torshavn (Farer adaları) – Hayduk (Xorvatiya) (0:2)
23:15. Vitoriya (Portuqaliya) – Floriana (Malta) (1:0)


