Futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Sumqayıt” da səfərdə Macarıstan “Fehervar”ı ilə qarşılaşıb. Bir həftə öncə doğma meydanda 1:2 hesabıyla uduzmuş “Sumqayıt” səfərdəki qolsuz heç-heçənin ardından mübarizəni dayandırıb.
“Fehervar”la yanaşı, “Auda”, “Hakken”, “İlves”, “Spartak (Trnava) və “Mornar” da növbəti mərhələyə vəsiqə qazanıblar.
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin qalan cavab oyunları avqustun 1-də baş tutacaq. Bu turnirdə iştirak edən Azərbaycan klubları – “Zirə” və “Sabah” da növbəti matçlarına çıxacaqlar. Komandalarımızı müvafiq olaraq “Dunayska Streda” (Slovakiya) və “Makkabi” (Hayfa, İsrail) klubları ilə duel gözləyir.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
30 iyul
Drita (Kosovo) – Breydablik (İslandiya) 1:0 (ilk oyun 2:1)
Flora (Estoniya) – Virtus (San Marino) 5:2 (0:0)
Pünik (Ermənistan) – Struqa (Şimali Makedoniya) 3:1 (1:2)
Hamrun Spartans (Malta) – Balkani (Kosovo) 0:2 (0:0)
Deçiç (Monteneqro) – Dinamo (Batumi, Gürcüstan) 0:0 (2:0)
31 iyul
Auda (Latviya) – Kliftonvill (Şimali İrlandiya) 2:0 (2:1)
Hakken (İsveç) – Düdelanj (Lüksemburq) 6:1 (6:2)
Fehervar (Macarıstan) – Sumqayıt (Azərbaycan) 0:0 (2:1)
Austriya (Avstriya) – İlves (Finlandiya) 3:2, penaltilər 4:5 (1:2)
Spartak (Trnava, Slovakiya) – Sarayevo (Bosniya və Herseqovina) 3:0 (0:0)
Mornar (Monteneqro) – Radniçki (Serbiya) 2:1, penaltilər 4:3 (0:1)
1 avqust
18:00. Astana (Qazaxıstan) – Milsami (Moldova) (1:1)
19:00. Ararat (Ermənistan) – Zimbru (Moldova) (3:0)
19:00. Lapi (Kosovo) – Brondbü (Danimarka) (0:6)
19:00. Bravo (Sloveniya) – Zrinski (Bosniya və Herseqovina) (1:0)
19:00. Ordabası (Qazaxıstan) – Differdanj (Lüksemburq) (0:1)
19:00. Urartu (Ermənistan) – Banik (Çexiya) (1:5)
20:00. AEK (Kipr) – Paks (Macarıstan) (0:3)
20:00. Levadiya (Estoniya) – Osiyek (Xorvatiya) (1:5)
20:00. Transinvest (Litva) – Mlada Boleslav (Çexiya) (0:2)
20:00. Pafos (Kipr) – Jalgiris (Litva) (1:2)
20:00. Polesye (Ukrayna) – Olimpiya (Sloveniya) (0:2)
20:00. Sabah (Azərbaycan) – Makkabi (Hayfa, İsrail) (3:0)
20:00. Tobol (Qazaxıstan) – Senkt Qallen (İsveçrə) (1:4)
20:30. İnter (Andorra) – AEK (Yunanıstan) (3:4)
20:30. Payde (Estoniya) – Styarnan (İslandiya) (1:2)
21:00. Brann (Norveç) – Qo Ehed İqls (Niderland) (0:0)
21:00. Karnarfon (Uels) – Legiya (Polşa) (0:6)
21:00. Universitatya (Krayova, Rumıniya) – Maribor (Sloveniya) (0:2)
21:00. Kopenhagen (Danimarka) – Maqpies (Cəbəllütariq) (3:0)
21:00. Proqres (Lüksemburq) – Yurqorden (İsveç) (0:3)
21:00. Slima Uonderers (Malta) – Noah (Ermənistan) (0:6)
21:00. Torpedo (Gürcüstan) – Omoniya (Kipr) (1:3)
21:00. Tromse (Norveç) – KuPS (Finlandiya) (1:0)
21:30. Çerno More (Bolqarıstan) – Hapoel (Ber Şeva, İsrail) (0:0)
21:30. Vaduts (Lixtenşteyn) – Sent Patriks (İrlandiya) (1:3)
22:00. Eqnatiya (Albaniya) – Vikinqur (İslandiya) (1:0)
22:00. Neman (Belarus) – ÇFR (Rumıniya) (0:0)
22:00. Partizani (Albaniya) – İberiya (Gürcüstan) (0:2)
22:00. Vikinqur (Farer adaları) – Gent (Belçika) (1:4)
22:30. Dunayska Streda (Slovakiya) – Zirə (Azərbaycan) (0:4)
22:30. Slask (Polşa) – Riqa (Latviya) (0:1)
22:45. La Fiorita (San Marino) – Başakşəhər (Türkiyə) (1:6)
22:45. Şelburn (İrlandiya) – Sürix (İsveçrə) (0:3)
22:45. Sent Mirren (Şotlandiya) – Valur (İslandiya) (0:0)
23:00. Buduçnost (Monteneqro) – ÇSKA 1948 (Bolqarıstan) (0:1)
23:00. HB Torshavn (Farer adaları) – Hayduk (Xorvatiya) (0:2)
23:15. Vitoriya (Portuqaliya) – Floriana (Malta) (1:0)


