Konfrans Liqasında qrup mərhələsinin 3-cü turu başlayır

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutmalı olsa da, məlum səbəblərdən Ukraynanın “Zarya” və İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasındakı matç təxirə salınıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də heyətində yer aldığı Zaqreb “Dinamo”su bu turda Plzen “Viktoriya”sını qəbul edəcək.

Türkiyə təmsilçilərindən “Beşiktaş” Norveçdə “Bodo Qlimt”in qonağı olacaq. “Fənərbaxça” isə “Ludoqorets”i qəbul edəcək.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 3-cü tur
26 oktyabr

A qrupu

20:45. “Klaksvik” (Farer adaları) – “Olimpiya” (Sloveniya)
20:45. “Lill” (Fransa) – “Slovan” (Bratislava, Slovakiya)

Xal: Slovan – 6. Lill – 4. Klaksvik – 1. Olimpiya – 0.

B qrupu

20:45. “Gent” (Belçika) – “Breydablik” (İslandiya)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Zarya” (Ukrayna) oyunu təxirə salınıb

Xal: Gent – 4. Zarya – 4. Makkabi – 3. Breydablik – 0.

C qrupu

20:45. “Ballkani” (Kosovo) – “Astana” (Qazaxıstan)
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Viktoriya” (Plzen, Çexiya)

Xal: Viktoriya – 6. Ballkani – 3. Dinamo – 3. Astana – 0.

D qrupu

23:00. “Bodo Qlimt” (Norveç) – “Beşiktaş” (Türkiyə)
20:45. “Luqano” (İsveçrə) – “Brügge” (Belçika)

Xal: Luqano – 4. Brügge – 4. Beşiktaş – 1. Bodo Qlimt – 1.

E qrupu

20:45. “Alkmar” (Niderland) – “Aston Villa” (İngiltərə)
23:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Legiya” (Polşa)

Xal: Zrinski – 3. Alkmar – 3. Aston Villa – 3. Legiya – 3.

F qrupu

“23:00. Fiorentina” (İtaliya) – “Çukariçki” (Serbiya)
23:00. “Genk” (Belçika) – “Ferentsvaroş” (Macarıstan)

Xal: Ferentsvaroş – 4. Gentk – 4. Fiorentina – 2. Çukariçki – 0.

G qrupu

23:00. “Aberdin” (Şotlandiya) – PAOK (Yunanıstan)
23:00. “Ayntraxt” (Almaniya) – HJK (Finlandiya)

Xal: PAOK – 6. Ayntraxt – 3. HJK – 1. Aberdin – 1.

H qrupu

20:45. “Fənərbaxça” (Türkiyə) – “Ludoqorets” (Bolqarıstan)
23:00. “Spartak” (Trnava, Slovakiya) – “Nordsyelland” (Danimarka)

Xal: Fənərbaxça – 6. Nordsyelland – 3. Ludoqorets – 3. Spartak – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: