“Konyaspor” Kosta Rika millisinin üzvü ilə gücləndi

Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Super Liqanın son mövsümündə bürünc medallara sahib çıxan bu komanda Kosta Rikadan olan mərkəz müdafiəçisi Fransisko Kalvo və türkiyəli hücumçu Məhəmməd Dəmiri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dəmir 2, Kalvo 2+1 illik müqaviləyə imza atıb.

Fransisko Kalvo son olaraq ABŞ-ın “San Xose Ertveyks” klubunda forma geyinib. Mərkəz müdafiəçisi əvvəllər “Çikaqo Fayr”, “Minnesota Yunayted”, “Saprissa”, “Santos”, “Herediano”, “Nordsyelland” və “Peres Seledon” komandalarında da oynayıb. Kosta Rika yığmasında 74 oyun keçirmiş futbolçu, 8 qol da vurub.

Məhəmməd Dəmir isə son olaraq Super Liqanın digər təmsilçisi “Qaziantep”də forma geyinib. O, ötən mövsüm bu komandanın heyətində 32 oyuna 6 qol vurub. 30 yaşlı forvard 2019-cu ildən formasını geyindiyi “Qaziantep”dən öncə “Başakşəhər”, “Sivasspor”, “Qaziantepspor”, “Trabzonspor” və “Bursaspor”un uğurları üçün çalışıb. Məhəmməd vaxtilə Türkiyənin əsas millisində də 2 oyun keçirib.

“Konyaspor” daha öncə Konrad Mixalak, Domaqoy Paviçiç, Ahmet Oğuz, Cebrail Karayel, Kahraman Demirtaş, Erhan Erentürk, Yasir Subaşı, Bruno Paz və Robert Muriçi transfer etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: