“Koventri Siti” 25 ildən sonra ilk qələbəsini qazandı

“Koventri Siti” İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşdığı “Nottingem Forest” üzərində qələbə qazanıb.

Arena.az xəbər verir ki, səfərdə keçirilmiş qarşılaşmada qonaqlalr 1:0 hesabı ilə qalib gəliblər. Görüşdə yeganə qolu 55-ci dəqiqədə Cey Dasilva vurub.

Bu, “Koventri”nin cari mövsümdə ilk xalı və ilk qələbəsi olub. Komanda bundan əvvəl keçirdiyi 4 oyunun hamısında məğlubiyyətlə üzləşmişdi.

“Koventri Siti” İngiltərə çempionatının yüksək divizionunda 2000/2001-ci illər mövsümündən sonra ilk dəfə mübarizə aparır. Klub Premyer Liqada sonuncu qələbəsini isə 16 aprel 2001-ci ildə qazanıb. Həmin vaxt bu komanda evdə “Sanderlend”i 1:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, “Koventri”yə 2024-cü ildən İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Frenk Lempard rəhbərlik edir. Üçqat İngiltərə çempionu, Çempionlar Liqası və Avropa Liqasının qalibi olan Lempard ötən mövsüm komandanı Çempionşipin qalibi edərək Premyer Liqaya yüksəldib.

Bu qələbədən sonra “Koventri Siti” 3 xalla turnir cədvəlinin 18-ci pilləsinə yüksəlib. “Nottingem Forest” isə 5 xalla 12-ci sıradadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: