Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 36-cı turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Selta” – “Jirona” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Real Sosyedad” doğma meydanda “Almeriya”nı minimal hesabla üstələyib.
Çempionluğu təmin etmiş “Barselona” isə səfərdə “Valyadolid”lə üz-üzə gəlib. Kataloniya təmsilçisi bu oyunda 3 qola, eyni zamanda məğlubiyyətə üzülüb.
Turun qalan görüşləri 24 və 25 mayda keçiriləcək.
İspaniya, La Liqa
36-cı tur
23 may
Selta – Jirona 1:1
Qol: K.Peres, 42 – Stuani, 59.
Real Sosyedad – Almeriya 1:0
Qol: Kubo, 45+4.
Valyadolid – Barselona 3:1
Qol: Kristensen, 2-öz qapısına. Larin, 22-pen. Plata, 73 – Levandovski, 84.
24 may
21:30. Elçe – Sevilya
21:30. Real – Rayo Valyekano
21:30. Vilyarreal – Kadis
00:00. Betis – Xetafe
00:00. Espanyol – Atletiko
25 may
21:30. Malyorka – Valensiya
23:30. Osasuna – Atletik


