Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike Paris komandasını çalışdırdığı iki il müddətində nələrin dəyişdiyini açıqlayıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasnı təqdim edir:
“Komandamın dəyişiklikləri və tərəqqisi göz qabağındadır. Bizim məqsədimiz nəsə fərqli bir xüsus ərsəyə gətirmək idi ki, oyunçuları cəlb edə və onları PSJ-yə keçməyə məcbur edə bilsin. Bizə, düzgün keçidləri gerçəkləşdirmək gərək idi. Biz axtardığımız oyunçuların simasına inanırdıq, Vilyam Paço, Juan Neveş və Dezire Due kimi, eləcə də akademiyanın oyunçuları kimi. Onların hamısı bizə yardımçıdırlar.
Mənim gəlişimdən sonra hamı mənə tamamilə əmin olduğunu nümayiş etdirirdi. Mən qənimətləri qazanmağın gərəkliliyi baxımından heç vaxt təzyiq hiss etməmişəm. Ötən il biz finala yaxın idik, amma yarımfinaldan uçduq. Biz çempionatı, ölkə kubokunu və superkubokunu qazanmışıq, bu isə əladır, amma Çempionlar Liqası uzun müddətdir ki, klub üçün üstün hədəfdir. Mən qəniməti üç və ya dörd il sonra necə qazanmağa plan quranlardan deyiləm. Bu, mənim vətənim Xixonda yağışın nə vaxt kəsəcəyini gözləməyə bənzəyir. Yağış onsuz da yağacaq, odur ki, məqsədə mümkün olduqca tez müvəffəq olmaq gərəkdir”, deyə Luis Enrike vurğulayıb.
Əlavə edək ki, PSJ cari mövsümdə iştirak etidyi bütün yarışları qazanıb. Fransa nəhənginin yeganə arzusu əsas qəniməti – Çempionlar Liqasını qazanmaqdır. Bunun üçün PSJ mayın 31-də Münhenin “Arena Münhen” stadionunda İtaliya nəhəngi “İnter”in öhdəsindən gəlməlidir.


