Maks Eberl “Çelsi”nin “bostanına daş atdı”

“Bayern”in idman direktoru Maks Eberl Münhen klubunun futbolçularını satmasının zəruriliyi ilə bağlı sualı cavablayıb.

Arena.az jurnalist Florian Plettenberqə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Xərclərdən əlavə, klub pul da gətirməlidir. “Çelsi” kimi 44 oyunçu ilə bir mövsüm keçirə bilərsiniz, ancaq məşqçi üçün bunu idarə etmək çətin olacaq. Sonra bir-birinizin formasının nömrələrini “oğurlamalı” olacaqsınız, amma biz bunu “Bayern”də etmirik”, deyə Maks Eberl eyhamla vurğulayıb.

Xatırladaq ki, hazırda “Çelsi”nin heyətində 39 futbolçu var, üstəlik, “zadəganlar”ın xeyli futbolçusu digər klublarda icarədə çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: