Minifutbol: Azərbaycan millisi 5-ci sıraya yüksəldi

Dünya Minifutbol Federasiyası (WMF) BƏƏ-də keçiriləcək dünya çempionatından öncə milli komandaların reytinq cədvəlini açıqlayıb.

Arena.az xəbər verir ki, son Avropa çempionatının qalibi olan minifutbol üzrə Azərbaycan millisi yeni açıqlanan sıralamada 5-ci pilləyə yüksəlib.

Reytinq cədvəlinə son dünya çempionu Meksika yığması başçılıq edir. Çexiya futbolçuları 2-ci, rumınlar isə 3-cü pillədə qərarlaşıblar.

İlk 10 pillədə qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. Meksika – 3500
  2. Çexiya – 2800
  3. Rumıniya – 2475
  4. Macarıstan – 2025
  5. Azərbaycan – 2000
  6. Braziliya – 1787,5
  7. Slovakiya – 1500
  8. Qazaxıstan – 1350
  9. Çili – 1275
  10. Ukrayna – 1262,5
Xəbəri sosial şəbəkələrdə paylaş: