Nazarov oynamadı, komandası tək qolla qalib gəldi

Futbol üzrə Almaniya 3-cü liqasında 33-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Elversberg”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Nazarov bu matçin iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Bu, “Ersgebirge”nin cari mövsümdə 12-ci qələbəsidir. Aue təmsilçisi geridə qalan 33 turda cəmi 6 heç-heçəyə də nail ola bilib. 15 matçda da məğlub olmuş komanda hazırda 42 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: