Peşəkar Futbol Liqası Birinci Divizionun bombardiri Orxan Əliyevin ötən mövsüm ərzində vurduğu qollardan ibarət videoçarx hazırlayıb.
Arena.az sizi həmin videoçarxla tanış edir.
Xatırladaq ki, futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümündə ən çox qol vuran futbolçusu Orxan Əliyev olub. O, ən yaxın izləyicisi İlham Allahverdiyevi 10 qol qabaqlayıb:
Orxan Əliyev (“Araz Naxçıvan”) – 27 qol
İlham Allahverdiyev (MOİK) – 17 qol
Cəlal Cəbrayılov (“Zaqatala”) – 15 qol
Elşad Tağıyev (“Neftçi-2”) – 15 qol
Vüsal Əsgərov (“Neftçi-2”) – 14 qol
Bəhruz Teymurov (“Şamaxı-2”, “Zaqatala”) – 14 qol
Orxan Əliyevin komandası da Birinci Divizionda çempion olaraq Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.


