Futbol üzrə İngiltərə Premyer Liqasında DÇ-2022-yə görə yaranmış fasilə bu gün başa çatıb. Arena.az xəbər verir ki, 17-ci turun ilk oyun günündə yeddi qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Brentford” – “Tottenhem” matçında qalib müəyyənləşməyib. London təmsilçisi bu oyunda məğlubiyyətdən çətinliklə də olsa, xilas olmağı bacarıb.
“Kristal Pelas” evdə “Fulhem”ə, “Everton” “Vulverhempton”a, “Lester Siti” “Nyukasl”a, “Sauthempton” isə “Brayton”a məğlub olub.
Səfərdə “Aston Villa” ilə qarşılaşan “Liverpul” inamlı qələbəyə sevinib. “Arsenal” isə “Vest Hem”lə ev oyunundan əzmkar qələbə ilə ayrılıb.
Turun qalan qarşılaşmaları 27 və 28 dekabrda keçiriləcək.
İngiltərə Premyer Liqası
17-ci tur
26 dekabr
Brentford – Tottenhem 2:2
Qol: Janelt, 15. Toni, 54 – Keyn, 65. Hoyberq, 71.
Kristal Pelas – Fulhem 0:3
Qol: Rid, 41. Rim, 71. Mitroviç, 80.
Everton – Vulverhempton 1:2
Qol: Mina, 7 – Podense, 22. Ait Nuri, 90+5.
Lester Siti – Nyukasl 0:3
Qol: Vud, 3. Almiron, 7. Joelinton, 32.
Sauthempton – Brayton 1:3
Qol: Uord-Prouz, 73 – Lallana, 14. Perro, 35-öz qapısına. Mark, 56.
Aston Villa – Liverpul 1:3
Qol: Uotkins, 59 – Salah, 5. Van Deyk, 37. Bayçetiç, 81.
Arsenal – Vest Hem 3:1
Qol: Saka, 53. Martinelli, 58. Nketia, 69 – Benrahma, 27.
27 dekabr
21:30. Çelsi – Bornmut
00:00. Mançester Yunayted – Nottingem Forest
28 dekabr
00:00. Lids – Mançester Siti


