Premyer Liqa: “Arsenal” xal itirdi, MY 3 cavabsız qola sevindi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 19-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Lider “Arsenal” doğma meydanda “Nyukasl”la qarşılaşıb. London təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib. “Lester Siti” evdə “Fulhem”ə, “Everton” isə “Brayton”a məğlub olub. “Mançester Yunayted” də “Bornmut”la ev oyununda darmadağına sevinib.

19-cu turun qalan qarşılaşmaları 4 və 5 yanvarda keçiriləcək.

İngiltərə Premyer Liqası
19-cu tur
2 yanvar

Brentford – Liverpul 3:1
Qol: Konatü, 19-öz qapısına. Vissa, 42. Mbeumo, 84 – Oksleyd-Çemberlen, 50.

3 yanvar

Arsenal – Nyukasl 0:0

Everton – Brayton 1:4
Qol: Qrey, 90+2-pen – Mitoma, 14. Ferquson, 51. Mark, 54. Qross, 57.

Lester Siti – Fulhem 0:1
Qol: Mitroviç, 17.

Mançester Yunayted – Bornmut 3:0
Qol: Kazemiro, 23. Sou, 49. Reşford, 86.

4 yanvar

23:30. Sauthempton – Nottingem Forest
23:45. Lids – Vest Hem
00:00. Aston Villa – Vulverhempton
00:00. Kristal Pelas – Tottenhem

5 yanvar

00:00. Çelsi – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: