Premyer Liqa: “Aston Villa” və MY-dən səfər qələbəsi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 16-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Brayton” – “Aston Villa” matçında qonaqlar qələbə qazanıblar. Səfərdə “Fulhem”lə qarşılaşan “Mançester Yunayted” də turu qələbə ilə başa vurub.

Beləliklə, 16 turdan sonra 37 xala malik “Arsenal” vahid liderdir. İkinci pillədəki “Mançester Siti”nin 32, üçüncü olan “Nyukasl”ın 30 xalı var. “Tottenhem” 29 xalla dördüncü, “Mançester Yunayted” 26 xalla beşinci, “Liverpul” 22 xalla altıncı, “Çelsi” 21 xalla səkkizincidir.

İngiltərə Premyer Liqası
16-cı tur
12 noyabr

Mançester Siti – Brentford 1:2
Qol: Foden, 45+1 – Touni, 1; 90+8.

Vest Hem – Lester Siti 0:2
Qol: Meddison, 8. Barns, 78.

Tottenhem – Lids 4:3
Qol: Keyn, 25. Devis, 51. Bentankur, 81; 83 – Sammervill, 10. Rodriqo, 43; 76.

Nottingem Forest – Kristal Pelas 1:0
Qol: Gibbs-Uayt, 54.

Liverpul – Sauthempton 3:1
Qol: Firmino, 6. Nunyes, 21; 42 – Adams, 9.

Bornmut – Everton 3:0
Qol: Tavernye, 18. Mur, 24. Entoni, 70.

Nyukasl – Çelsi 1:0
Qol: Uillok, 67.

Vulverhempton – Arsenal 0:2
Qol: Edeqor, 55; 75.

13 noyabr

Brayton – Aston Villa 1:2
Qol: Makallister, 1 – İnqs, 20-pen; 54.

Fulhem – Mançester Yunayted 1:2
Qol: D.Ceyms, 61 – Eriksen, 14. Qarnaço, 90+3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: