Premyer Liqa: “Çelsi” və MY uduzdu, “Liverpul” qalib gəldi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 15-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də beş qarşılaşma baş tutub.

London derbisində “Çelsi” “Arsenal”la ev oyunundan məğlub ayrılıb. Səfərdə “Aston Villa”nın qonağı olan “Mançester Yunayted” də turu məğlubiyyətlə başa vurub. “Liverpul” “Tottenhem”lə səfər oyunundan qalib ayrılıb. “Sauthempton” evdə “Nyukasl”a, “Vest Hem” isə “Kristal Pelas”a uduzub.

Beləliklə, 15 turdan sonra 34 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 32 xalla ikinci, “Nyukasl” isə 27 xalla üçüncüdür. “Tottenhem”in 26, “Mançester Yunayted”in 23, “Brayton”la “Çelsi”nin 21, “Liverpul”un isə 19 xalı var.

İngiltərə Premyer Liqası
15-ci tur
5 noyabr

Lids – Bornmut 4:3
Qol: Rodriqo, 3-pen. Qrinvud, 60. Kuper, 68. Sammervill, 84 – Tavernye, 7. Billinq, 19. Solanke, 48.

Mançester Siti – Fulhem 2:1
Qol: Alvares, 17. Haland, 90+5-pen – A.Pereyra, 28-pen.

Nottingem Forest – Brentford 2:2
Qol: Gibbs-Uayt, 20. Zanka, 90+6-öz qapısına – Mbeumo, 45+3. Vissa, 75.

Vulverhempton – Brayton 2:3
Qol: Qedes, 12. Neves, 35-pen – Lallana, 10. Mitoma, 44. Qross, 83.

Everton – Lester Siti 0:2
Qol: Tilemans, 45. Barnes, 86.

6 noyabr

Çelsi – Arsenal 0:1
Qol: Qabriel, 63.

Aston Villa – Mançester Yunayted 3:1
Qol: Beyli, 7. Din, 11. Remsi, 49 – Remsi, 45-öz qapısına.

Sauthempton – Nyukasl 1:4
Qol: Perro, 89 – Almiron, 35. Vud, 58. Uillok, 62. Gimaraeş, 90+1.

Vest Hem – Kristal Pelas 1:2
Qol: Benrahma, 20 – Zaha, 41. Olise, 90+4.

Tottenhem – Liverpul 1:2
Qol: Keyn, 70 – Salah, 11; 40.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: