Premyer Liqa: “Çelsi”dən ardıcıl ikinci məğlubiyyət

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 7-ci turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında “Fulhem” və “Çelsi” komandaları üz-üzə gəliblər.

Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanan tərəf olub. “Zadəganlar”ın heyətində komandanın yeni transferi Joao Feliksin debüt matçında qırmızı vərəqə alaraq meydandan qovulması diqqətçəkən olub.

“Fulhem” bu qələbədən sonra 31 xalla 6-cı pilləyə yüksəlib. Ardıcıl iki oyundur uduzan “Çelsi” isə 25 xalla 10-cudur.

İngiltərə Premyer Liqası
7-ci turun oyunu
12 yanvar

Fulhem – Çelsi 2:1
Qol: Villian, 25. K.Vinisius, 73 – Kulibali, 47.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: