Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 11-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Mançester Yunayted” “Nyukasl”la ev oyunundan qolsuz ayrılıb. “Sauthempton” – “Vest Hem” matçında da qalib müəyyənləşməyib. Səfərdə “Aston Villa” ilə qarşılaşan “Çelsi” inamlı qələbəyə sevinib. “Lids”in qonağı olan “Arsenal” da turu qələbə ilə başa vurub.
Turun mərkəzi oyununda isə “Liverpul” “Mançester Siti”ni qəbul edib. Uğursuz mövsüm keçirən “qırmızılar” “şəhərlilər”ə bu mövsümdə ilk məğlubiyyəti yaşadıblar.
Beləliklə, 11 turdan sonra 27 xalı olan “Arsenal” vahid liderdir. “Mançeseer Siti” və “Tottenhem”in 23 xalı var. “Çelsi” 19 xalla dördüncü, 16 xala malik “Mançester Yunayted” isə beşincidir. “Liverpul” 13 xalla 8-ci sırada qərarlaşıb.
İngiltərə Premyer Liqası
11-ci tur
14 oktyabr
Brentford – Brayton 2:0
Qol: Toni, 27; 64-pen.
15 oktyabr
Lester Siti – Kristal Pelas 0:0
Fulhem – Bornmut 2:2
Qol: Diop, 22. Mitroviç, 52-pen – Solanke, 2. Lerma, 29.
Vulverhempton – Nottingem Forest 1:0
Qol: Neves, 56-pen.
Tottenhem – Everton 2:0
Qol: Keyn, 59-pen. Hoyberq, 86.
16 oktyabr
Aston Villa – Çelsi 0:2
Qol: Maunt, 6; 65.
Lids – Arsenal 0:1
Qol: Saka, 35.
Mançester Yunayted – Nyukasl 0:0
Sauthempton – Vest Hem 1:1
Qol: Perro, 20 – Rays, 64.
Liverpul – Mançester Siti 1:0
Qol: Salah, 76.


