Premyer Liqa: “Mançester Siti”dən “Lids” üzərində inamlı qələbə

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 17-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Son çempion “Mançester Siti” səfərdə “Lids”lə münasibətlərinə aydınlıq gətirib. Rəqibi üzərində inamlı qələbə qazanan “şəhərlilər” lider “Arsenal”la xal fərqinin (5) artmasına imkan verməyiblər.

17 turdan sonra 40 xala malik “Arsenal” vahid liderdirsə, “Mançester Siti” 35 xal toplayıb. Üçüncü pillədəki “Nyukasl” da 33 xal əldə edib. “Tottenhem”in 30, “Mançester Yunayted”in 29, “Liverpul”un 25, “Çelsi”nin 24 xalı var.

İngiltərə Premyer Liqası
17-ci tur
26 dekabr

Brentford – Tottenhem 2:2
Qol: Janelt, 15. Toni, 54 – Keyn, 65. Hoyberq, 71.

Kristal Pelas – Fulhem 0:3
Qol: Rid, 41. Rim, 71. Mitroviç, 80.

Everton – Vulverhempton 1:2
Qol: Mina, 7 – Podense, 22. Ait Nuri, 90+5.

Lester Siti – Nyukasl 0:3
Qol: Vud, 3. Almiron, 7. Joelinton, 32.

Sauthempton – Brayton 1:3
Qol: Uord-Prouz, 73 – Lallana, 14. Perro, 35-öz qapısına. Mark, 56.

Aston Villa – Liverpul 1:3
Qol: Uotkins, 59 – Salah, 5. Van Deyk, 37. Bayçetiç, 81.

Arsenal – Vest Hem 3:1
Qol: Saka, 53. Martinelli, 58. Nketia, 69 – Benrahma, 27.

27 dekabr

Çelsi – Bornmut 2:0
Qol: Haverts, 16. Maunt, 24.

Mançester Yunayted – Nottingem Forest 3:0
Qol: Reşford, 19. Marsyal, 22. Fred, 87.

28 dekabr

Lids – Mançester Siti 1:3
Qol: Streyk, 73 – Rodri, 45+1. Haland, 51; 64.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: