Premyer Liqa: “Qarabağ” – “Sabah” matçının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 6-cı turunun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu turun oyunları 15-17 sentyabr aralığında baş tutacaq.

Turun açılış matçı sentyabrın 15-də “Zirə” ilə “Sumqayıt” arasında keçiriləcək.

Tura sentyabrın 17-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşması ilə yekun vurulacaq.

Premyer Liqa
6-cı tur
15 sentyabr

17:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu.

16 sentyabr

16:00. “Kəpəz” – “Səbail”
Gəncə şəhər stadionu.

18:00. “Araz-Naxçıvan” – “Neftçi”
Bakı. “Dalğa Arena”.

17 sentyabr

16:30. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu.

19:30. “Qarabağ” – “Sabah”
Bakı. “Azərsun Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: