Premyer Liqa: “Tottenhem” “Everton”u məğlub yola saldı

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 11-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Lester Siti” – “Kristal Pelas” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Fulhem” – “Bornmut” matçı da heç-heçə yekunlaşıb. “Vulverhempton” doğma meydanda “Nottingem Forest”i tək qolla yenib. “Tottenhem” isə “Everton”la oyundan inamlı qələbə ilə ayrılıb.

11-ci tura sabah keçiriləcək 5 qarşılaşma ilə yekun vurulacaq.

İngiltərə Premyer Liqası
11-ci tur
14 oktyabr

Brentford – Brayton 2:0
Qol: Toni, 27; 64-pen.

15 oktyabr

Lester Siti – Kristal Pelas 0:0

Fulhem – Bornmut 2:2
Qol: Diop, 22. Mitroviç, 52-pen – Solanke, 2. Lerma, 29.

Vulverhempton – Nottingem Forest 1:0
Qol: Neves, 56-pen.

Tottenhem – Everton 2:0
Qol: Keyn, 59-pen. Hoyberq, 86.

16 oktyabr

17:00. Aston Villa – Çelsi
17:00. Lids – Arsenal
17:00. Mançester Yunayted – Nyukasl
17:00. Sauthempton – Vest Hem
19:30. Liverpul – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: