Premyer Liqa: “Vulverhempton” “Kristal Pelas”a da uduzdu

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 12-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Brayton” – “Nottingem Forest” matçında hesab açılmayıb. Üç qolun qeydə alındığı “Kristal Pelas” – “Vulverhempton” matçında isə meydan sahibləri qalib gəliblər.

Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək. Bu turun “Arsenal” – “Mançester Siti” oyunu isə təxirə salınıb.

İngiltərə Premyer Liqası
12-ci tur
18 oktyabr

Brayton – Nottingem Forest 0:0

Kristal Pelas – Vulverhempton 2:1
Qol: Eze, 47. Zaha, 70 – A.Traore, 31.

19 oktyabr

22:30. Bornmut – Sauthempton
22:30. Brentford – Çelsi
22:30. Liverpul – Vest Hem
22:30. Nyukasl – Everton
23:15. Mançester Yunayted – Tottenhem

20 oktyabr

22:30. Fulhem – Aston Villa
23:15. Lester Siti – Lids

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: