Fransa çempionu PSJ ispan yarımmüdafiəçisi Fabian Ruisi komandanın gələn mövsümdəki planlarına uyğun görmür.
Arena.az bu barədə jurnalist-insayder Rudi Qalettiyə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, PSJ 27 yaşlı yarımmüdafiəçini icarəyə verməyə hazırdır. Parislilərin irəli sürdüyü yeganə şərt icarə müqaviləsinə yarımmüdafiəçinin sonradan alınması ilə bağlı bəndin salınmasıdır.
Ruis PSJ-yə ötən yay 23 milyon avro müqabilində “Napoli”dən keçib. 2022/2023 mövsümündə Fabian Ruis PSJ-nin heyətində 37 oyuna çıxıb, 3 qol vurub, eyni sayda məhsuldar ötürmə edib. O, komandası ilə Fransa çempionluğunu qazanıb.
Ruisin PSJ ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Fabian Ruisi 38 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl Ruisə İngiltərədən “Börnli”nin maraq göstərdiyi bildirilirdi.


