PSJ üçün Çempionlar Liqasında Dortmund sınağı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutacaq.

Digər yarımfinal görüşü kimi, bugünkü qarşılaşma da Almaniyada baş tutacaq. Belə ki, Almaniyanın “Borussiya” (Dortmund) komandası doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkəcək.

Hər iki kollektiv 1/4 finalda İspaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Dortmund klubu “Atletiko”dan (Madrid), fransızlar isə “Barselona”dan güclü olublar.

“Siqnal İduna Park”da keçiriləcək “Borussiya” – PSJ matçına saat 23:00 start veriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçı Almaniya və İspaniya nəhəngləri – “Bayern” və “Real” (Madrid) arasında baş tutub və sülhlə bitib – 2:2.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
1 may

23:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Dortmund, “Siqnal İduna Park” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: