“Qarabağ”da daha bir şok – Filip Ozobiç üçün mövsüm başa çatdı

“Qarabağ”ın yarımmüdafiəçisi Ozobiç uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 23-cü turunda “Səbail”lə matçın ilk hissəsində zədələnərək əvəzlənən futbolçunun durumuna aydınlıq gəlib.

Xorvatiyalı oyunçu bu gün həkim müayinəsindən keçib. Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, müayinə nəticəsində Ozobiçin sol incik sümüyünün yuxarı 1/3 hissəsinin yerini dəyişməyən sınığı aşkarlanıb. Bununla yanaşı, əzələ toxumalarının həmin nahiyədə əzniyi və əzələarası hematoma müəyyən edilib.

Bu səbəbdən Filip Ozobiç mövsümün sonuna qədər oynamayacaq. Onun ən yaxşı halda yayda məşqlərə başlaması gözlənilir.

Qeyd edək ki, bu oyunda “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev də ağır zədə almışdı. Onun da bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

“Səbail” – “Qarabağ” matçı 1:1 hesabıyla başa çatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: