Qari Lineker FIFA-nı İsrailə qadağa qoymağa səslədi

İngiltərə yığmasının sabiq hücumçusu Qari Lineker özünün “X” sosial şəbəkəsi üzərindən yazı dərc edərək, FIFA-ya səslənib.

Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, o, İsraili beynəlxalq futboldan kənarlaşdırmağa çağırıb.

Bu səbəbdən keçmiş futbolçu Britaniya deputatlarının tənqidi ilə üzləşib.

Mənbənin məlumatına görə, Lineker Fələstin tərəfdarı şirkətdən FIFA-nı Yaxın Şərqdə davam edən münaqişə səbəbindən İsraili “beynəlxalq hüququn ciddi pozuntularını dayandırana qədər” bütün nəhəng turnirlərdən uzaqlaşdırmağa çağıran bəyanata cavab dərc edib.

Vurğulayaq ki, Qari Lineker daha sonra bu dərcini sosial şəbəkədən silib.

Bununla belə, İsrail və ya yəhudi icmaları ilə əlaqəsi olan bir neçə britaniyalı deputat BBC-yə müraciət edərək, telekanalda veriliş aparan tanınmış televiziya mütəxəssisinə sanksiya tətbiq etməyə çağırıb.

Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: