“Real”ın oyunu Teylor Sviftin konsertinə görə təxirə salınacaq

Futbol üzrə İspaniya La Liqasının 38-ci turunun mayın 26-da keçirilməli olan “Real” – “Betis” oyunu təxirə salınacaq.

Arena.az xəbər verir ki, buna məşhur müğənni Teylor Sviftin konserti səbəb göstərilir.

Mənbənin məlumatına görə, Sviftin qastrol səfərinin Avropa hissəsi çərçivəsində Madridin doğma stadionu “Santyaqo Bernabeu”da bir konsert planlaşdırılıb. Lakin təşkilatçılar biletlər üçün bir neçə yüz min sorğu alıblar. Buna görə də tədbirin ikinci gününü təşkil etmək qərara alınıb.

Məşhur müğənninin konsertləri çoxlu hazırlıq vaxtı tələb edir, buna görə də “Real” rəhbərliyi stadionun hazırlana bilməsi üçün La Liqadan oyunun təxirə salınmasını istəyib. İndi sözügedən oyun mayın 25-də, Teylor Sviftin konsertləri isə mayın 29-u və 30-da baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: