“Latsio”nun baş məşqçisi Mauritsio Sarri komandasının İtaliya çempionatındakı çətin təqvimindən narazılığını bildirib.
Arena.az jurnalist Nikolo Skiraya istinadən Sarrinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Biz ölümcül bir kokteylin qurbanıyıq: Mən heç vaxt heç bir komandanın “Napoli”, “Yuventus” və “Milan”a qarşı üç səfər oyununu görməmişəm. Mən sərsəm təqvimə görə UEFA-ya, A Seriyasına və bütün bu quldur dəstəsinə çox qəzəblənirəm. Onlar bu uşaqları onlara heç bir kömək etmədən qırğına göndərirlər”, deyə Sarri qəzəbini ifadə edib.
Xatırladaq ki, dünən, sentyabrın 30-da A Seriyasının 7-ci turu çərçivəsində “Latsio” səfərdə “Milan”la qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.
İtaliya çempionatında 7 turundan sonra “qartallar” 7 xal toplayıblar və hazırda turnir cədvəlində 14-cü yerdə qərarlaşıblar.
7 oyundan 18 xal toplamış “Milan” isə eyni miqdarda xal toplamış, daha yaxşı top fərqinə malik, çempionatın lideri “İnter”dən sonra 2-ci pillədə qərarlaşıb.


