AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya – İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, İspaniya yığmasının yarımmüdafiəçisi Serxio Buskets bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib.
Qeyd edək ki, Xorvatiya – İspaniya matçı 3:5 hesabıyla başa çatıb. Nəticədə ispanlar 1/4 finala vəsiqə qazanıblar.
İspaniyanın “Barselona” klubunun formasını geyinən Serxio Buskets ikinci dəfədir AÇ-2020-də matçın ən yaxşısı seçilir. O, qrup mərhələsi çərçivəsində baş tutan Slovakiya – İspaniya matçının (0:5) da ən yaxşı futbolçusu elan edilmişdi.


