Serxio Riko beyin əməliyyatı keçirdi

PSJ-nin qapıçısı Serxio Riko bədbəxt hadisə nəticəsində beynində yaranan anevrizmanın müalicəsi üçün əməliyyat edilib.

Arena.az bu barədə “Telecinco”ya istinadən məlumat verir.

Məlumatda bildirilir ki, Sevilyadakı xəstəxanaya yerləşdirilərkən intensiv terapiya şöbəsinin həkimləri Serxio Rikonun beyin anevrizması olduğunu aşkar ediblər. Bu təhlükə səbəbindən həkimlər onu evə buraxmazdan əvvəl əməliyyat etmək qərarına gəliblər.

Əməliyyat bir saata qədər davam edib və uğurla başa çatıb. Həkimlərin sözlərinə görə, hər şey yaxşı keçib və futbolçu artıq öz palatasında həyat yoldaşı ilə birlikdə dincəlir.

Bundan əvvəl Serxio Rikonun atdan yıxılaraq kəllə-beyin travması aldığı bildirilirdi. O, Sevilyadakı xəstəxanalardan birinə yerləşdirilib və orada futbolçuya beyinə qansızma diaqnozu qoyulub. Qapıçı 19 gün koma vəziyyətində qalıb və 20 kiloqramdan çox arıqlayıb.

Həkimlər futbolçunun sağalacağına təminat versələr də, yaşıl meydanlara qayıdışından hələ də əmin deyillər. Serxio Riko əzələ kütləsinin böyük hissəni itirib və hazırda ciddi bərpa kursu keçir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: